QR CodeQR Code

Avropa İttifaqı rəsmiləri İranla nüvə razılaşmasının bir neçə həftəyə əldə ediləcəyinə ümidvardırlar

28 Dec 2021 10:00

İslamTimes: Avropa İttifaqının nüvə müzakirələri ilə bağlı koordinatoru İranla böyük dövlətlərin nüvə sazişinin bir neçə həftəyə əldə ediləcəyinin gözlənildiyini bildirib.


SalamNews xarici mətbuata istinadla xəbər verir ki, bunu Aİ-nin Vyana danışıqları üzrə koordinatoru Enrike Mora deyib.

O, İranla nüvə sazişinin bərpasına dair razılaşmanın bir neçə həftə ərzində əldə ediləcəyinin göznəlidiyini bildirib.

E.Mora, nüvə sazişinin bərpasına dair Vyana danışıqlarının səkkizinci turu çərçivəsində keçirilən ilk iclasın başa çatmasından sonra mətbuata verdiyi açıqlamasında bildirib ki, iştirakçı tərəflər İrana qarşı sanksiyaları ləğv etmək üçün çalışırlar. O əlavə edib ki, bu addımlar İranın müqavilə çərçivəsində öhdəliklərinə sadiqliyini müəyyənləşdirməklə paralel olaraq atılır.

"Bu günlərdə və bu həftələrdə çox çalışsaq, yaxşı nəticə əldə edəcəyik", - deyə Aİ rəsmisi vurğulayıb.


Story Code: 970712

News Link :
https://www.islamtimes.org/az/news/970712/avropa-ittifaqı-rəsmiləri-iranla-nüvə-razılaşmasının-bir-neçə-həftəyə-əldə-ediləcəyinə-ümidvardırlar

Islam Times
  https://www.islamtimes.org