0
Tuesday 28 December 2021 - 10:52

İşğalçı İsrail Lazikiyə limanına növbəti dəfə zərbələr endirdi

Story Code : 970726
İşğalçı İsrail Lazikiyə limanına növbəti dəfə zərbələr endirdi
Bu barədə Suriya dövlət televiziyası məlumat verib.

“Bu gün 03:21 radələrində düşmən İsrail Lazikiyə limanında yerləşən konteyner meydançasına Aralıq dənizi istiqamətindən hava zərbələri endirib”, - deyə məlumatda bildirilib.

Aviazərbələrdən sonra ərazidə güclü yanğının baş verdiyi ciddi maddi zərərin dəydiyi qeyd edilir. Telekanalın məlumatına görə, hərbçilər hücumu dəf etmək üçün Suriyanın Hava hücumundan Müdafiə sistemlərindən istifadə ediblər. Xatırladaq ki, bu İsrail tərəfindən Lazikiyə limanına endirilən ikinci zərbələrdir. /Eastnews/