QR CodeQR Code

Sionist rejim qorxuya düşdü

إسلام تايمز , 28 Dec 2021 12:49

İslamTimes: Vyanada bir neçə həftə ərzində İranla razılaşma əldə edilə biləcəyi xəbəri elan edildikdən sonra sionist rejim baş naziri Naftali Bennet İrana qarşı daha sərt mövqe nümayiş etdirməyə çağırıb


İşğalçı İsrail rejiminin baş naziri Naftali Bennet Suriyanın Latakiya limanına hücumdan öncə ordu radiosuna müsahibə verib.

Naftali Bennet bu gün dərc olunan müsahibəsində Vyana danışıqları barədə deyib: "Sonda yaxşı bir razılaşma əldə edilə bilər. Əlbəttə ki, meyarları bilirik. Mövcud vəziyyətdə bu razılaşmanın baş verməsini gözləyirik? Xeyr, çünki (İrana qarşı) daha sərt mövqe nümayiş etdirilməlidir."

Naftali Bennet öncə İranın danışıqlarda çox zəif mövqeyə malik olduğunu iddia etsə də, daha sonra öz fikrinin tam əksini iddia edərək deyib: "Təəssüf ki, dünya özünü elə aparır ki, sanki daha güclü mövqedə dayanan tərəf İrandır..."


Story Code: 970731

News Link :
https://www.islamtimes.org/az/news/970731/sionist-rejim-qorxuya-düşdü

Islam Times
  https://www.islamtimes.org