QR CodeQR Code

Türkiyənin Polşadakı Səfirliyinə “molotov kokteyli” atılıb

29 Dec 2021 00:05

İslamTimes: Türkiyənin Polşadakı diplomatik nümayəndəliyinin binasına hücum edilib.


APA-nın Türkiyə bürosunun “CNN-Türk”ə istinadla xəbərinə görə, bu gün yerli vaxtla saat 13.40-da Polşanın paytaxtı Varşava şəhərində yerləşən səfirlik binasının əməkdaşlarına hücum edilib və konsulluğun girişinə 3 ədəd “molotov kokteyli” atılıb.

Səfirliyin mühafizəsinə cavabdeh olan polis əməkdaşları hücum edən şəxsi yaxalayaraq zərərsizləşdiriblər. Hücumdan sonra çox sayda polis əməkdaşları səfirlik binasının yerləşdiyi əraziyə cəlb edilib. Hadisə yerində araşdırmaya başlanılıb.

Varşava polisi səfirlik binasındakı kamera qeydlərini araşdırıb. Hücum edənin 30 yaşlı kişi olduğu müəyyən edilib. Kimliyi açıqlanmayan həmin şəxs Varşava Polis İdarəsində dindirilir.

Hadisə zamanı xəsarət alan olmayıb.


Story Code: 970856

News Link :
https://www.islamtimes.org/az/news/970856/türkiyənin-polşadakı-səfirliyinə-molotov-kokteyli-atılıb

Islam Times
  https://www.islamtimes.org