0
Wednesday 29 December 2021 - 07:08

Çin İlon Maskdan BMT-yə şikayət etdi

Story Code : 970876
Çin İlon Maskdan BMT-yə şikayət etdi
Axar.az xəbər verir ki, əsas olaraq “Starlink” layihəsi çərçivəsində orbitə buraxılan peyklərin kosmik stansiya üçün təhlükə yaratdığı göstərilib.

Çin “SpaceX”in iyul və oktyabr aylarında kosmosa göndərdiyi “Starlink” peyklərinin kosmos stansiyasına düşməsinin qarşısını almaq üçün toqquşmaya nəzarət tədbirləri həyata keçirməli olduğunu açıqlayıb.

Qeyd edək ki, “SpaceX” “Starlink” layihəsi ilə yer orbitində 12 min peykdən ibarət şəbəkə yaratmağı planlaşdırır. Layihənin 2027-ci ildə başa çatdırılması nəzərdə tutulur.