QR CodeQR Code

Çin İlon Maskdan BMT-yə şikayət etdi

29 Dec 2021 07:08

İslamTimes: Çin BMT Kosmik İşlər İdarəsinə “Tesla” və “SpaceX”in qurucusu İlon Maskdan şikayət edib.


Axar.az xəbər verir ki, əsas olaraq “Starlink” layihəsi çərçivəsində orbitə buraxılan peyklərin kosmik stansiya üçün təhlükə yaratdığı göstərilib.

Çin “SpaceX”in iyul və oktyabr aylarında kosmosa göndərdiyi “Starlink” peyklərinin kosmos stansiyasına düşməsinin qarşısını almaq üçün toqquşmaya nəzarət tədbirləri həyata keçirməli olduğunu açıqlayıb.

Qeyd edək ki, “SpaceX” “Starlink” layihəsi ilə yer orbitində 12 min peykdən ibarət şəbəkə yaratmağı planlaşdırır. Layihənin 2027-ci ildə başa çatdırılması nəzərdə tutulur.


Story Code: 970876

News Link :
https://www.islamtimes.org/az/news/970876/çin-ilon-maskdan-bmt-yə-şikayət-etdi

Islam Times
  https://www.islamtimes.org