QR CodeQR Code

Fransadakı ən böyük dini qurum buraxıldı - Makron özünün İslam Şurasını yaradır

29 Dec 2021 23:11

İslamTimes: Fransanın Emmanuel Makron hökuməti özünün İslam Şurasını yaratmaq qərarına gəlib.


Teleqraf.com xəbər verir ki, yeni yaranan qurumun ölkədə 2003-cü ildən fəaliyyət göstərən Fransa Mərkəzi İslam Şurasını əvəz edəcəyi iddia edilib.

Məlumata görə, şuranın işində əsas mövzular hərbçilərə və onların ailələrinə mənəvi dəstək, anti-islam fəaliyyətinə nəzarət, imamların yetişdirilməsi və “respublika prinsiplərinə hörməti gücləndirən qanun”un tətbiqi olacaq.

Daxili işlər naziri Gerald Darmanin Fransa Mərkəzi İslam Şurasının buraxıldığını açıqlayıb və qurumun artıq dövlətin tərəfdaşı olmadığını deyib.

Məlumata görə, Mərkəzi Şuranın rəhbərləri yaradılacaq yeni şurada iştirak etməyəcək.

Sayı 5-6 milyona çatan Fransadakı müsəlmanlar ölkədə xristianlardan sonra ikinci ən böyük dini icmanı təşkil edir. Amma Fransada qüvvədə qanuna görə, dövlət müəssisələrində, məktəblərdə və universitetlərdə hicab taxmaq qadağandır. Bu qadağa 2011-ci ildən qüvvədədir.


Story Code: 971026

News Link :
https://www.islamtimes.org/az/news/971026/fransadakı-ən-böyük-dini-qurum-buraxıldı-makron-özünün-islam-şurasını-yaradır

Islam Times
  https://www.islamtimes.org