0
Thursday 30 December 2021 - 00:35

Fransada ilk dəfə sutkalıq yoluxma sayı 200 000 nəfəri keçib

Story Code : 971039
Fransada ilk dəfə sutkalıq yoluxma sayı 200 000 nəfəri keçib
APA-nın xəbərinə görə, bu barədə Səhiyyə naziri Oliviye Veran parlamentdə çıxışı zamanı bildirib.

Nazir əlavə edib ki, pandemiya dövründə ilk dəfə ölkədə sutkalıq yoluxma sayı 200 000 nəfəri keçib. Son günlərdə fransızların azı 10%-i koronavirus xəstəsi ilə təmasda olub. Ölkədə aktiv xəstə sayı 1 milyon nəfərdən çoxdur. Parisdə xəstəxanaya yerləşdirilən koronavirus xəstələrinin 70%-ni peyvənd olunmayan şəxslər təşkil edir.