QR CodeQR Code

"Beynəlxalq koalisiya qüvvələri ölkəni tərk edib"

30 Dec 2021 01:01

İslamTimes: İraqın baş naziri: "Beynəlxalq koalisiya qüvvələri İraqı tərk edib."


"Report" xəbər verir ki, bunu İraqın Baş naziri Mustafa Əl-Kazemi tviter hesabında yazıb.

"Koalisiyanın hərbi əməliyyatları başa çatıb, bütün qoşunlar və hərbi texnika İraqdan çıxarılıb. Hazırda koalisiyanın işi İraq-ABŞ strateji dialoqunun nəticələrinə əsasən məsləhətləşmələrdən ibarətdir", - Baş nazir bildirib.

Əl-Kazemi əmin edib ki, İraq Silahlı Qüvvələri əhalini İŞİD silahlılarının təhlükəsindən qorumağa hazırdır.

İraq Silahlı Qüvvələrinin komandanlığı dekabrın 22-də beynəlxalq antiterror koalisiyasının döyüş hissələrinin ölkədən çıxarılmasını, yalnız xarici hərbi məsləhətçilərin qaldığını açıqlayıb. İraqdan son olaraq Hərir bazasında yerləşdirilmiş koalisiya əsgərləri çıxıb.


Story Code: 971040

News Link :
https://www.islamtimes.org/az/news/971040/beynəlxalq-koalisiya-qüvvələri-ölkəni-tərk-edib

Islam Times
  https://www.islamtimes.org