QR CodeQR Code

Saakaşvilinin xanımı: Onun vəziyyəti ağırdır

30 Dec 2021 02:03

İslamTimes: Gürcüstanın həbsdə olan eks-prezidenti Mixail Saakaşvilinin vəziyyəti kritikdir.


Axar.az xəbər verir ki, bu barədə Saakaşvilinin həyat yoldaşı Yelizaveta Yasko Feysbuk səhifəsində yazıb.

“İki günlük qadağadan sonra bu gün xəstəxana rəhbərliyi Ukrayna konsuluna Saakaşvilini ziyarət etməyə icazə verdi və biz onun hazırki vəziyyəti ilə bağlı məlumat əldə etdik. Vəziyyəti kritikdir. Demək olar ki, hər gün uzanıqlı vəziyyətdədir. Nevroloji problemləri var, tibbi yardım almır. Təəssüf ki, hazırda onun durumu ağırdır və bu, zarafat deyil”, - deyə Yasko bildirib.

Qeyd edək ki, eks-prezidentin yenidən türmə hospitalından həbsxanaya köçürülməsi məsələsi gündəmdədir.


Story Code: 971041

News Link :
https://www.islamtimes.org/az/news/971041/saakaşvilinin-xanımı-onun-vəziyyəti-ağırdır

Islam Times
  https://www.islamtimes.org