QR CodeQR Code

Avropa İttifaqı ABŞ və Rusiya arasındakı danışıqlarda iştirak etmək istəyir

30 Dec 2021 08:50

İslamTimes: “Biz başı üzərindən qərarlar qəbul olunan kənar izləyici olmaq istəmirik.”


APA-nın xəbərinə görə, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel “Die Welt” qəzetinə müsahibəsində deyib.

Ali nümayəndənin sözlərinə görə, əgər rəsmi Moskva Avropada təhlükəsizliklə bağlı müzakirələrə başlamaq və təhlükəsizlik təminatı barədə danışmaq istəyirsə, bu, təkcə ABŞ və Rusiyaya aid olmayacaq. “Avropa İttifaqı bu danışıqlarda iştirak etməlidir. Bu cür danışıqlar yalnız o zaman məna kəsb edər ki, Avropa İttifaqı ilə sıx koordinasiya şəraitində və onun iştirakı ilə keçirilsin” - deyə, Jozep Borrel bildirib.

Qeyd edək ki, bir müddət əvvəl ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays Rusiya ilə yanvarın 10-na təyin olunmuş danışıqlarda avropalılara şəffaflıq və həmrəylik təminatı verib, lakin Avropa İttifaqının bu danışıqlara cəlb olunacağını vəd etməyib. Prays görüşün təhlükəsizliyə dair ikitərəfli strateji dialoq formatında keçiriləcəyini bildirib.


Story Code: 971054

News Link :
https://www.islamtimes.org/az/news/971054/avropa-ittifaqı-abş-və-rusiya-arasındakı-danışıqlarda-iştirak-etmək-istəyir

Islam Times
  https://www.islamtimes.org