0
Thursday 30 December 2021 - 09:28

“Apple” Nyu-Yorkdakı mağazalarını bağlayıb

Story Code : 971055
“Apple” Nyu-Yorkdakı mağazalarını bağlayıb
“Report”un yerli bürosu xəbər verir ki, “Apple” şəhərdə sürətlə yayılan COVID-19 virusunun yeni "omikron" ştamı səbəbindən belə qərar verib. Şirkət Nyu-Yorkdakı 11 mağazasını bağlayaraq satışlara onlayn davam edəcəyi açıqlayıb.

Məlumata görə, bu, müvəqqəti xarakter daşıyır.

“Apple” sözcüsü işçilər arasında da virusa yoluxanların olduğu bildirib. Mağazaların qeyri-müəyyən tarixə qədər bağlı olacağı açıqlanıb.