QR CodeQR Code

“Apple” Nyu-Yorkdakı mağazalarını bağlayıb

30 Dec 2021 09:28

İslamTimes: “Apple” şirkəti son günlər ABŞ-da koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayının sürətlə artması səbəbindən Nyu-York ştatındakı bütün mağazalarını bağlayıb.


“Report”un yerli bürosu xəbər verir ki, “Apple” şəhərdə sürətlə yayılan COVID-19 virusunun yeni "omikron" ştamı səbəbindən belə qərar verib. Şirkət Nyu-Yorkdakı 11 mağazasını bağlayaraq satışlara onlayn davam edəcəyi açıqlayıb.

Məlumata görə, bu, müvəqqəti xarakter daşıyır.

“Apple” sözcüsü işçilər arasında da virusa yoluxanların olduğu bildirib. Mağazaların qeyri-müəyyən tarixə qədər bağlı olacağı açıqlanıb.


Story Code: 971055

News Link :
https://www.islamtimes.org/az/news/971055/apple-nyu-yorkdakı-mağazalarını-bağlayıb

Islam Times
  https://www.islamtimes.org