QR CodeQR Code

Ərəb KİV: Məhəmməd Bin Salman Trampı geri qaytarmağa çaşlışır

إسلام تايمز , 30 Dec 2021 21:13

İslamTimes: Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin ötən ay Donald Trampın kürəkəni Cared Kuşnerə 3 milyard dollarlıq yardım ayırması ərəb mediasını bu yardımın səbəbi ilə bağlı araşdırma aparmağa sövq edib.


“Saudi Delix” saytının məlumatına görə, bu ianənin bir neçə məqsədi ola bilər. "Gulf 24" internet saytı da bu haqda məlumat yayaraq bildirib ki, Bin Salman Cared Kuşnerə maliyyə yardımı ayırmaqla Donald Trampı 2024-cü ildə prezidentlik kürsüsünə qaytarmağa çalışır. Bin Salman bu səbəbdən ABŞ-a milyardlarla dollar sərmayə qoymağa başlayıb.

Cared Kuşner Ər-Riyad və Əbu-Dabidən işğal olunmuş ərazilərdəki yeni şirkətinə sərmayə qoymaq üçün 3 milyard dollar almağa nail olub. Bundan əlavə, Kuşner Səudiyyə-BƏƏ yardımının bir hissəsini Mayamidə “Aventi Partners” adlı yeni layihəsinə xərcləyəcək.


Story Code: 971203

News Link :
https://www.islamtimes.org/az/news/971203/ərəb-kiv-məhəmməd-bin-salman-trampı-geri-qaytarmağa-çaşlışır

Islam Times
  https://www.islamtimes.org