QR CodeQR Code

Netanyahu: İran sürətlə irəliləyir

إسلام تايمز , 30 Dec 2021 22:09

İslamTimes: Bennetin İranla bağlı siyasətini tənqid edən Benyamin Netanyahu İranın sürətli irəlilədiyini bildirib.


İşğalçı İsrailin sabiq baş naziri Benyamin Netanyahu hazırkı baş nazir Naftali Bennetin İrana qarşı qərarlarını tənqid edib və Bennetin yetərsiz qərarları səbəbindən İranın sürətli irəlilədiyindən danışıb.

Netanyahu Twitter hesabında yazıb: “İran sürətlə irəliləyir. Bennet isə onun qarşısında susur. Bennetin kabineti İsrail üçün təhlükədir."

Netanyahu həmçinin ibrani dilində nəşr edilən “Maariv” qəzetindəki İran İnqilab Keşikçiləri Korpusunun sözçüsü general Ramazan Şərifə aid xəbər haqda da danışıb. “Maariv” qəzetinin xəbərində İranın son təliminin video görüntüləri dərc edilərək sionist rejimin süqutunun ən mühüm mərhələsinə çatdığı yazılıb. Sionist rejim rəsmilərin İranın son illərdəki hərbi nailiyyətlərinə görə olduqca narahatdır.


Story Code: 971208

News Link :
https://www.islamtimes.org/az/news/971208/netanyahu-iran-sürətlə-irəliləyir

Islam Times
  https://www.islamtimes.org