0
Thursday 30 December 2021 - 22:36

Baqeri: Sanksiyaların ləğvi sahəsində irəliləyiş əldə olunub

Story Code : 971219
Baqeri: Sanksiyaların ləğvi sahəsində irəliləyiş əldə olunub
İran İslam Respublikasının nüvə danışıqlarındakı baş müzakirəçisi Vyanadakı son danışıqları müsbət qiymətləndirib və deyib: Sanksiyaların ləğvi ilə bağlı iki tərəf arasında yazışmalar olub və səkkizinci raundun ilk günlərində nisbətən daha ciddi irəliləyiş əldə olunub.

İran İslam Respublikasının baş müzakirəçisi Əli Baqiri bu gün jurnalistlərə üç gün öncə Vyanada İran və 4+1 arasında sanksiyaların ləğvi ilə bağlı başlayan müzakirələr haqqında danışıb. Cənab Baqiri sanksiyaların ləğvi ilə bağlı deyib: “Digər məsələlərlə yanaşı, Müştərək Komissiyanın koordinatoru, həm də Avropa tərəfi ilə sanksiyaların aradan qalxdığının sınanması mövzusu ilə bağlı bir sıra görüşlər keçirilmişdir."

O, həmçinin bildirib ki, sanksiyaların ləğvi sahəsində iki tərəf arasında yazışmalar olub və səkkizinci raundun ilk bir neçə günündə nisbətən ciddi irəliləyiş əldə olunub.