QR CodeQR Code

Stoltenberq NATO-nun Rusiya ilə dialoqa hazır olduğunu bildirib

1 Jan 2022 00:48

İslamTimes: "NATO yanvarın 12-də keçiriləcək NATO Şurası – Rusiya iclası çərçivəsində Rusiya ilə dialoqa hazırdır".


APA-nın “Ria Novosti”yə istinadla xəbərinə görə, bu barədə Alyansın Baş katibi Yens Stoltenberq bildirib.

“Mən ABŞ-ın Dövlət katibi Entoni Blinkenlə Rusiyanın Ukrayna ətrafındakı hərbi gücünün deeskalasiyasını müzakirə etdim. NATO vahid cəbhədə çıxış edir. Biz yanvarın 12-də keçiriləcək NATO Şurası – Rusiya iclası çərçivəsində Rusiya ilə dialoqa hazırıq”, deyə baş katib “Twitter” hesabında yazıb.

Qeyd edək ki, Rusiya ilə ABŞ arasında təhlükəsizliklə bağlı danışıqlar yanvarın 10-da Cenevrədə başlayacaq. Ardınca, məsələ yanvarın 12-də NATO Şurası – Rusiya iclası çərçivəsində Brüsseldə, bir gün sonra isə Vyanada müzakirə ediləcək.


Story Code: 971425

News Link :
https://www.islamtimes.org/az/news/971425/stoltenberq-nato-nun-rusiya-ilə-dialoqa-hazır-olduğunu-bildirib

Islam Times
  https://www.islamtimes.org