QR CodeQR Code

Avropa İttifaqına sədrlik Fransaya keçib

1 Jan 2022 07:59

İslamTimes: 1 yanvardan etibarən Fransa 6 ay müddətində Avropa İttifaqına rəhbərlik edəcək.


APA-nın “Figaro”ya istinadla xəbərinə görə, bu barədə ölkə prezidenti Emmanüel Makron Yeni il müraciətində bildirib.

Ekspertlərin fikrincə, Fransanın Aİ-yə rəhbərliyi çox çətin dövrə təsadüf edir. Rəsmi Parisin qarşısında duran əsas məsələ İttifaqın pandemiya nəticəsində əhəmiyyətli dərəcədə zəifləmiş iqtisadiyyatını dirçəltməkdir.

Qeyd edək ki, üzv dövlətlərin hər biri 13 ildə bir dəfə 6 ay ərzində Avropa İttifaqına rəhbərlik edir.


Story Code: 971435

News Link :
https://www.islamtimes.org/az/news/971435/avropa-ittifaqına-sədrlik-fransaya-keçib

Islam Times
  https://www.islamtimes.org