QR CodeQR Code

İlham Əliyev Ermənistanla normal qonşuluq əlaqələri arzulayır

1 Jan 2022 11:54

“Nə vaxtsa Ermənistanla da bizim qonşuluq əlaqələrimiz qurulacaq”


Qonşular haqqında danışanda təbii olaraq Ermənistanı mən heç vaxt bu kateqoriyadan olan ölkələrə daxil etmirdim, bu gün də hələ ki, daxil etmirəm.

Modern.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə müraciətində deyib.

“Amma ümid edirəm ki, nə vaxtsa Ermənistanla da bizim qonşuluq əlaqələrimiz qurulacaq. Hər halda İkinci Qarabağ müharibəsinin nəticələrini qəbul edərək Ermənistan da regional çərçivədə öz rolunu artıra bilər. Hər halda noyabr və dekabr aylarında Soçi və Brüssel şəhərlərində keçirilmiş görüşlər ümidvericidir və ümid edirəm ki, bu görüşlərdə əldə edilmiş razılaşmalar 2022-ci ildə real həyatda öz əksini tapacaqdır”, - deyə İlham Əliyev vurğulayıb.


Story Code: 971461

News Link :
https://www.islamtimes.org/az/news/971461/ilham-əliyev-ermənistanla-normal-qonşuluq-əlaqələri-arzulayır

Islam Times
  https://www.islamtimes.org