QR CodeQR Code

Suriya neftini Rusiya və Çin alacaq

7 Sep 2011 16:18

IslamTimes - Suriya Avropanın imtina etdiyi neftini Rusiya, Çin və digər qeyri-ərəb ölkələrinə satacaq


“Reuters”in xəbərinə görə, bu barədə Suriyanın maliyyə naziri Məhəmməd əl-Cleylati açıqlama verib.

“Biz neftimizi ya emal edəcək, ya da birbaşa Rusiya, Çin kimi onu almağa hazır olan ölkələrə satacağıq. Əks halda, ehtiyat yaradacağıq” - deyə nazir qeyd edib.

Məhəmməd əl-Cleylatinin sözlərinə görə, hökumət Avropa İttifaqının Suriyaya qarşı tətbiq etdiyi sanksiyalardan narahat deyil: “Çünki bu sanksiyalar Suriya iqtisadiyyatına heç bir təsir etmir”.

Elə görünür ki, Qərb dövlətləri sanksiyalarla yalnız özünə zərbə vurur!

Qeyd edək ki, sentyabrın 2-dən Avropa İttifaqı Suriyadan neft məhsullarının ixracına qadağa qoyub.


Story Code: 97154

News Link :
https://www.islamtimes.org/az/news/97154/suriya-neftini-rusiya-və-çin-alacaq

Islam Times
  https://www.islamtimes.org