0
Wednesday 7 September 2011 - 16:18

Suriya neftini Rusiya və Çin alacaq

Story Code : 97154
Suriya neftini Rusiya və Çin alacaq
Suriya neftini Rusiya və Çin alacaq
“Reuters”in xəbərinə görə, bu barədə Suriyanın maliyyə naziri Məhəmməd əl-Cleylati açıqlama verib.

“Biz neftimizi ya emal edəcək, ya da birbaşa Rusiya, Çin kimi onu almağa hazır olan ölkələrə satacağıq. Əks halda, ehtiyat yaradacağıq” - deyə nazir qeyd edib.

Məhəmməd əl-Cleylatinin sözlərinə görə, hökumət Avropa İttifaqının Suriyaya qarşı tətbiq etdiyi sanksiyalardan narahat deyil: “Çünki bu sanksiyalar Suriya iqtisadiyyatına heç bir təsir etmir”.

Elə görünür ki, Qərb dövlətləri sanksiyalarla yalnız özünə zərbə vurur!

Qeyd edək ki, sentyabrın 2-dən Avropa İttifaqı Suriyadan neft məhsullarının ixracına qadağa qoyub.
Comment