QR CodeQR Code

ABŞ-da Yeni il şənliyi zamanı atışma olub, 3 nəfər ölüb, 4 nəfər yaralanıb

1 Jan 2022 23:10

İslamTimes: ABŞ-ın Missisipi ştatının Galfport şəhərində Yeni il şənliyi zamanı atışma baş verib.


APA yerli “WLOX” telekanalına istinadən xəbər verir ki, hadisə nəticəsində 3 nəfər ölüb, 4 nəfər yaralanıb.

Polisin məlumatına görə, atışmaya səbəb tərəflər arasında yaranmış mübahisə olub.

Yaralılardan bir nəfərin vəziyyəti ağırdır, üç nəfərin isə(iki kişi və bir qadın) həyati təhlükəsi yoxdur.

Hadisə ilə bağlı araşdırmalar davam edir.


Story Code: 971547

News Link :
https://www.islamtimes.org/az/news/971547/abş-da-yeni-il-şənliyi-zamanı-atışma-olub-3-nəfər-ölüb-4-yaralanıb

Islam Times
  https://www.islamtimes.org