QR CodeQR Code

Yunanıstanın baş naziri pandemiyanın Omicronla bitəcəyini bildirib

2 Jan 2022 07:44

İslamTimes: “Mümkündür ki, Omicron ştamı koronavirus pandemiyasının tarixində "son fəsil" olacaq və xəstəlik endemik hala gələcək”.


APA-nın məlumatına görə, bunu Yunanıstanın baş naziri Kiriakos Mitsotakis səhiyyə naziri Tanos Pleurisla birlikdə Sotiria xəstəxanasında tibb işçiləri ilə görüşü zamanı bildirib.

Mitsotakis həkimləri Yeni il münasibəti ilə təbrik edərək onlara infeksiya ilə mübarizə apardıqlarına görə təşəkkür edib

"İnanıram ki, bu gün keçən illə müqayisədə, Omicronla bağlı çətinliklərə baxmayaraq, biz daha yaxşı vəziyyətdəyik. İlk növbədə ölkədə peyvəndlər var, hər on yetkin insandan səkkizi hazırda peyvənd olunur, hökumət səhiyyə sisteminin daha da gücləndirilməsinə səy göstərir. Yaxın vaxtlarda koronavirusa qarşı yeni dərmanlar olacaq və diaqnoz anından tətbiq olunacaq”, deyə baş nazir vurğulayıb.


Story Code: 971573

News Link :
https://www.islamtimes.org/az/news/971573/yunanıstanın-baş-naziri-pandemiyanın-omicronla-bitəcəyini-bildirib

Islam Times
  https://www.islamtimes.org