QR CodeQR Code

Britaniyada həyat səviyyəsi sürətlə aşağı düşür

2 Jan 2022 13:09

İslamTimes: Britaniyada ev təsərrüfatları artan inflyasiya, enerji böhranı və Milli Sığorta vergisinin planlaşdırılan artımına görə ciddi xərclərlə üzləşir.


Axar.az xəbər verir ki, bu barədə "Resolution Foundation” müstəqil araşdırma mərkəzinin ekspertləri məlumat yayıblar.

Mütəxəssislərin fikrincə, ölkədə yanacağın maksimal qiyməti ildə 500 funt sterlinq artacaq. Enerji şirkətlərinin müflisləşməsi isə istehlakçıların ödənişlərinə daha yüz funt sterlinq əlavə edəcək.

Bildirilir ki, bu cür qeyri-mütənasib xərclər aztəminatlı ailələrə zərbə vuracaq, onlar pullarının çoxunu elektrik enerjisini ödəməyə sərf edəcəklər. Əmək haqqı artımı inflyasiya ilə ayaqlaşmır. 2022-ci ilin sonuna qədər orta əmək haqqı indiki ilə müqayisədə cəmi 0,1 faiz çox olacaq. Eyni zamanda, noyabrda Böyük Britaniyada istehlak qiymətləri indeksi 5,1%-ə yüksəlib, oktyabrda isə 4,2% idi. Əhalinin gəlirlərinin durğunluğu fonunda ərzaq, mal və xidmətlərin bahalaşması davam edəcək.


Story Code: 971631

News Link :
https://www.islamtimes.org/az/news/971631/britaniyada-həyat-səviyyəsi-sürətlə-aşağı-düşür

Islam Times
  https://www.islamtimes.org