QR CodeQR Code

Yəmən Ordusu: 2021-ci ildə 12 min kvadrat kilometr ərazini azad etdik!

إسلام تايمز , 2 Jan 2022 19:14

İslamTimes: Bu gün Yəmən Silahlı Qüvvələrinin sözçüsü Yəhya Səri Yəmən ordusu və xalq komitələrinin 2021-ci ildəki əməliyyatlarının nəticələri barədə açıqlama verib


Əl-Məsirə xəbər şəbəkəsi Yəhya Sərinin hesabatına istinadən bildirib ki, 2021-ci ildə Yəmən müştərək qüvvələrinin əməliyyatı 12 min kvadrat kilometr ərazinin azad edilməsi ilə nəticələnib.

Yəhya Səri bildirib ki, Yəmən Silahlı Qüvvələri 2020-ci ildən 2021-ci ilə qədər müddətdə müdafiə strategiyasından hücum mərhələsinə keçid edib və işğalçı [Səudiyyə-BƏƏ] koalisiyasının 223-dən çox hücumunu da dəf etməyə müvəffəq olub.

Yəmən Silahlı Qüvvələrinin sözçüsü ABŞ-ın 12 Eagle Scan PUA-sının Yəmən ərazisində vurulmasına istinad edərək bildirib:
Yəmən qüvvələri muzdlu koalisiya qüvvələrinə qarşı 194 hücum əməliyyatı keçirib və son bir ildə Yəmənin 12 min kvadrat kilometr ərazisi azad edilib.


Story Code: 971666

News Link :
https://www.islamtimes.org/az/news/971666/yəmən-ordusu-2021-ci-ildə-12-min-kvadrat-kilometr-ərazini-azad-etdik

Islam Times
  https://www.islamtimes.org