0
Sunday 2 January 2022 - 19:47

Fələstinin Müqavimət hərəkatı şəhid Hacı Qasimin məzarını ziyarət etdi

Story Code : 971673
Fələstinin Müqavimət hərəkatı şəhid Hacı Qasimin məzarını ziyarət etdi
Nümayəndə heyətinə rəhbərlik edən Xalid Əhməd Cibril Twitter-də şəkil yerləşdirərək yazıb: "Müqavimət silahına bəli!"

Fələstin İslami Cihad Hərəkatının yüksək rütbəli rəsmisi Xalid əl-Betaş Hacı Qasım Süleymaninin şəhadətinin ikinci ildönümü münasibəti ilə Fars Xəbər Agentliyinə müsahibə verib.

O bildirib ki, Şəhid Süleymaninin müqavimət və Fələstin xalqı üçün gördüyü işlər, əldə etdiyi nailiyyətlər saysız-hesabsızdır. Amma xüsusi ilə vurğulanmalı olan məsələlərdən biri şəhid Hacı Qasimin Fələstin qruplarına müxtəlif hərbi və logistika sahələrində davamlı dəstəyi idi. Bu dəstək sayəsində Müqavimət Hərəkatının bacarığı ən yüksək səviyyəyə çatdı, eləcə də Müqavimətin xüsusi təlim görmüş döyüşçülərinin sayı artdı.

Qeyd edək ki, 3 yanvar ABŞ qüvvələri tərəfindən terror edilən İran İnqilab Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin komandanı Hacı Qasim Süleymaninin şəhadət ildönümüdür.