QR CodeQR Code

Zeynəb Süleymani: Kədər göz yaşları sevincə çevriləcək!

إسلام تايمز , 3 Jan 2022 15:50

İslamTimes: Zeynəb Süleymani İraqın ABŞ-ın caynağından azad edilməsi ilə kədər göz yaşlarının sevincə çevriləcəyini söyləyib.


Şəhid Hacı Qasım Süleymaninin qızı Zeynəb Süleymani bazar günü axşam Bağdad hava limanı yaxınlığındakı əzəmətli toplantıda Şəhid General Süleymaninin anım mərasimində çıxış edib. Zeynəb Süleymani İraqın ABŞ-ın caynağından azad edilməsi ilə kədər göz yaşlarının sevincə çevriləcəyini söyləyib.

Şəhid General Hacı Qasim Süleymaninin qızı Bağdad hava limanı yaxınlığında iraqlıların iştirakı ilə baş tutan əzəmətli toplantıda atasının qisasının çox gecikməyəcəyini vurğulayıb.

Əl-Əhd-in məlumatına görə, Zeynəb Süleymani deyib: “Çox keçməyəcək ki, biz şəhid komandirlərimizin qisasını alacağıq və şəhid komandirlərlə əhd-peymanımıza sadiq qaldığımızı bir daha nümayiş etdirəcəyik”.

Qeyd edək ki, ötən gecə on minlərlə iraqlı Bağdad hava limanına gedən yolda general Qasim Süleymani və Əbu Mehdi əl-Mühəndisin sui-qəsd edildiyi yerdə anım mərasiminə qatılıb. Bu səbəbdən beynəlxalq hava limanı müvəqqəti olaraq fəaliyyətini dayandırıb.


Story Code: 971830

News Link :
https://www.islamtimes.org/az/news/971830/zeynəb-süleymani-kədər-göz-yaşları-sevincə-çevriləcək

Islam Times
  https://www.islamtimes.org