0
Monday 3 January 2022 - 16:57

İraq prezidenti Qasim Süleymaninin şəhadət ildönümü münasibətilə çıxış etdi

Story Code : 971832
İraq prezidenti Qasim Süleymaninin şəhadət ildönümü münasibətilə çıxış etdi
Bu gün İraq prezidenti qalib komandirlər, İran İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin komandanı şəhid Hacı Qasim Süleymani və Əbu Mehdi əl-Mühəndisin şəhadətinin ikinci ildönümü ilə bağlı bəyanat yayıb. O, ölkədə daxili əmin-amanlığın, sabitliyin qorunması üçün milli birliyin zəruriliyindən danışıb.

İraq prezidenti Bərhəm Saleh Hacı Qasim Süleymani və Əbu Mehdi əl-Mühəndisin fəaliyyətlərini, onların İŞİD-in peyda olduğu ilk günlərdən bu terror qruplaşmasına qarşı mübarizəsini yüksək qiymətləndirib.

Qeyd edək ki, bu gün 3 yanvar, İranın İnqilab Keşikçilər Korpusunun Qüds Qüvvələrinin komandanı Qasim Süleymani və İraqın "Haşdi Şabi" könüllülər briqadasının komandir müavini Əbu Mehdi əl-Mühəndisə qarşı törədilən terror aktından 2 il keçir.