0
Tuesday 4 January 2022 - 07:56

İşğalçı İsraildə hərbi helikopter qəzaya uğradı və...

Story Code : 971917
İşğalçı İsraildə hərbi helikopter qəzaya uğradı və...
Sionist rejimin şimalında yerləşən Hayfa şəhəri sahillərində hərbi helikopter qəzaya uğrayıb.

APA xəbər verir ki, bu barədə işğalçı İsrail rejiminin "Müdafiə" Qüvvələri məlumat yayıb.

Helikopterdə olan 3 pilotdan 2-si həlak olub.

Hadisə gecə saatlarında təlim uçuşu zamanı baş verib.

“The Times of Israel” nəşrinin məlumatına görə, üçüncü pilot xəsarət alıb. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hadisənin başvermə səbəbləri araşdırılır.