QR CodeQR Code

Almaniyada 25 mindən çox etirazçı küçələrə çıxdı

4 Jan 2022 08:41

İslamTimes: Almaniyanın müxtəlif şəhərlərində koronavirus məhdudiyyətlərinə qarşı müntəzəm etiraz nümayişlər keçirilib.


APA DPA agentliyinə istinadən xəbər verir ki, ən böyük etiraz aksiyaları 10 minə yaxın sakinin iştirak etdiyi Meklenburq-Pommern şəhərində keçirilib.

Türingiya əyalətinin Gera, Altenburq, Saalfeld və digər şəhərlərində ümumilikdə 8 min insan küçələrinə axışıb.

Bavariya Nürnberqində 3 min, Almaniyanın cənub-qərbində yerləşən Fridrixşafendə 2 min nümayişçi toplaşıb.

Daha 2 min nəfər isə Brandenburq və Saksoniya şəhərlərində toplaşıb.

Aksiyalar zamanı heç bir ciddi insident qeydə alınmayıb.

Etirazçılar əsasən peyvəndin məcburi şəkildə tətbiqinə və peyvənd olunmayanların restoranlara, teatrlara, konsertlərə və fitnes klublarına qadağa qoyulmasına etirazlarını bildiriblər.

Qeyd edək ki, AFR hökuməti Omicron ştamının yayılmasından ehtiyat edərək cümə gününə ölkədə növbəti sərtləşdirilməyə qərar veriləcək növbəti iclas təyin edib.


Story Code: 971927

News Link :
https://www.islamtimes.org/az/news/971927/almaniyada-25-mindən-çox-etirazçı-küçələrə-çıxdı

Islam Times
  https://www.islamtimes.org