0
Tuesday 4 January 2022 - 09:56

Husilər Səudiyyə Ərəbistanı koalisiyasına məxsus silahla dolu gəmini ələ keçiriblər

Story Code : 971930
Husilər Səudiyyə Ərəbistanı koalisiyasına məxsus silahla dolu gəmini ələ keçiriblər
SalamNews xəbər verir ki, bu barədə mərkəzi qərargahları paytaxt Sənada yerləşən “Yəmən Silahlı Qüvvələri”nin mətbuat katibi Yəhya Səri rəsmi tvitter hesabı üzərindən bəyanat verib.

Bildirilib ki, Səudiyyə koalisiyası tərkibində olan Birləşmiş Ərəb Əmirliklərinin silah daşıyan bir yük gəmisi əl-Hudeyda əyaləti sularında saxlanılıb.

Əlavə edilib ki, “Yəmən Silahlı Qüvvələri”nin bu addım legitim özünümüdafiə addımları çərçivəsində atılıb.

Y.Səri gəminin Səudiyyə Ərəbistanı tərəfindən hədəfə alınması ilə bağlı qarşı tərəfə xəbərdarlıq edib.