QR CodeQR Code

Seyid Həsən Nəsrullah: ABŞ dost yox, düşməndir!

إسلام تايمز , 4 Jan 2022 10:55

İslamTimes: Hizbullah baş katibi son çıxışında yeni il münasibəti ilə təbrikdən sonra, Fatimiyyə günləri, Hacı Qasim Süleymani və Əbu Mehdi əl-Mühəndisin şəhadət ildönümü səbəbi ilə başsağlığı verib və Amerikanın cinayətlərindən danışıb.


Hizbullah baş katibi Seyid Həsən Nəsrullah İran İnqilab Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin komandanı Qasim Süleymani və İraqın "Həşd Şabi" könüllülər briqadasının komandir müavini Əbu Mehdi əl-Mühəndisin şəhadət ildönümündə (3 yanvar) çıxış edərək, şəhidlərin terrorizmə qarşı mübarizəsinin onların şəhadətindən sonra da davam etdiyini bildirib.

Hizbullah baş katibi ABŞ-ın dünyada müxtəlif ölkələrdə törətdiyi cinayətlərə toxunaraq deyib:

"ABŞ İŞİD-lə mübarizə bəhanəsi ilə İraqa girdi. Amma sonda məntəqədə İŞİD-in kökünü qazıyan general Süleymanini terror etdi. ABŞ İŞİD-i yaratmışdı ki, İraqa geri dönməyə bəhanəsi olsun!"

Seyid Həsən Nəsrullah həmçinin bildirib: "ABŞ İsrailin törətdiyi cinayətlərə görə də məsuliyyət daşıyır. Onlar Yəmən müharibəsində də Səudiyyə Ərəbistanını əllərində alət ediblər; Suriyanın viran qoyulmasında ən böyük günahkar məhz Amerikadır..."


Story Code: 971953

News Link :
https://www.islamtimes.org/az/news/971953/seyid-həsən-nəsrullah-abş-dost-yox-düşməndir

Islam Times
  https://www.islamtimes.org