0
Tuesday 4 January 2022 - 10:55

Seyid Həsən Nəsrullah: ABŞ dost yox, düşməndir!

Story Code : 971953
Seyid Həsən Nəsrullah: ABŞ dost yox, düşməndir!
Hizbullah baş katibi Seyid Həsən Nəsrullah İran İnqilab Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin komandanı Qasim Süleymani və İraqın "Həşd Şabi" könüllülər briqadasının komandir müavini Əbu Mehdi əl-Mühəndisin şəhadət ildönümündə (3 yanvar) çıxış edərək, şəhidlərin terrorizmə qarşı mübarizəsinin onların şəhadətindən sonra da davam etdiyini bildirib.

Hizbullah baş katibi ABŞ-ın dünyada müxtəlif ölkələrdə törətdiyi cinayətlərə toxunaraq deyib:

"ABŞ İŞİD-lə mübarizə bəhanəsi ilə İraqa girdi. Amma sonda məntəqədə İŞİD-in kökünü qazıyan general Süleymanini terror etdi. ABŞ İŞİD-i yaratmışdı ki, İraqa geri dönməyə bəhanəsi olsun!"

Seyid Həsən Nəsrullah həmçinin bildirib: "ABŞ İsrailin törətdiyi cinayətlərə görə də məsuliyyət daşıyır. Onlar Yəmən müharibəsində də Səudiyyə Ərəbistanını əllərində alət ediblər; Suriyanın viran qoyulmasında ən böyük günahkar məhz Amerikadır..."