0
Tuesday 4 January 2022 - 12:19

Əmir Abdullahian: Dünyanın gələcəyində sionizmin yeri yoxdur

Story Code : 971961
Əmir Abdullahian: Dünyanın gələcəyində sionizmin yeri yoxdur
İran İslam Respublikasının Xarici İşlər Naziri Hüseyn Əmir-Abdullahian qondarma İsrail rejiminin xarici işlər nazirinin Vyana danışıqları ilə bağlı söylədiyi əsassız açıqlamalara ötən gün axşam Tvitter səhifəsində cavab ünvanlayıb.

O, yazıb: "Qondarma İsrail rejiminin xarici işlər nazirinin böyük İran xalqına ünvanladığı narahatedici ifadələr məşhur atalar sözünün bir nümunəsidir: “Ac toyuq yuxusunda darı görər..."

İşğalçı İsrailin xarici işlər naziri Yair Lapid sionist rejimin Qərblə İran arasında "yaxşı" razılaşmaya qarşı olmadığını iddia edərək, Tel-Əvivin mümkün razılaşmanın mətninin yazılmasında iştirak etməyə (müdaxilə etməyə) çalışdığını bildirib.