QR CodeQR Code

Kətaib əl-Hizbullah: Şəhidlərin qisasını almaq haqqımızdan keçə bilmərik!

إسلام تايمز , 4 Jan 2022 13:33

İslamTimes: İraq Hizbullahı, İraq xalqının Müqavimət şəhidlərinin ildönümündə əzəmətli iştirakına görə onlara təşəkkür edib, şəhidlərin qisasının mütləq alınacağını bildirib


Əl-Məlumənin verdiyi xəbər görə, İraqın Kətaib əl-Hizbullah Müqavimət Hərəkatı bazar ertəsi günü Müqavimət cəbhəsi komandirlərinin şəhadətinin ikinci ildönümü münasibətilə keçirilən milyonluq nümayişdə gənclərin iştirakını yüksək qiymətləndirib və şəhidlərin intiqamının alınacağını vurğulayıb.

Kətaib əl-Hizbullah Müqavimət Hərəkatı öz bəyanatında bildirib:

"İraq xalqı Qasim Süleymani və Mehdi əl-Mühəndisin şəhadət ildönümünü qeyd etmək üçün milyonluq aksiyaya qatılaraq təkəbbürlü ABŞ-a möhkəm sillə vurdu! Amerikalılar elə zənn edirdilər ki, komandirlərə sui-qəsd etməklə xalqın qəlbindəki müqavimət alovunu söndürəcəklər, xalq müqaviməti meydanda tək qoyacaq. Amma xalq Şəhid Süleymani və Əbu Mehdi ilə əl-ələ verərək öz sədaqətini, vəfadarlığını, mətanətini sübuta yetirdi. Bu düşmənlərə sarsıdı zərbə idi!"

 


Story Code: 971966

News Link :
https://www.islamtimes.org/az/news/971966/kətaib-əl-hizbullah-şəhidlərin-qisasını-almaq-haqqımızdan-keçə-bilmərik

Islam Times
  https://www.islamtimes.org