QR CodeQR Code

Azərbaycan, İran və Türkmənistan arasında qaz mübadiləsi sazişinin icrasına başlanılıb

5 Jan 2022 00:05

İslamTimes: Yanvarın 3-dən Türkmənistan, İran və Azərbaycan qaz mübadiləsi çərçivəsində gündəlik 4.5 milyon kubmetr qaz almağa başlamışıq.


APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın neft naziri Cavad Oci deyib.

O bildirib ki, İran, Azərbaycan və Türkmənistan prezidentlərinin Aşqabadda imzaladığı qaz mübadiləsi sazişinin icrasına başlanılıb. "Biz gündəlik 4.5 milyon kubmetr qazı ölkənin şərqində təhvil alır və o miqdarda qazı İranın şimal-şərqində Azərbaycana təhvil veririk” – deyə, nazir bildirib.

Nazir əlavə edib ki, mübadilə olunan qazın həcmi İranın şimal-şərqində istifadə üçün qaz şəbəkəsində təzyiqi və dayanıqlılığı gücləndirib.


Story Code: 972076

News Link :
https://www.islamtimes.org/az/news/972076/azərbaycan-iran-və-türkmənistan-arasında-qaz-mübadiləsi-sazişinin-icrasına-başlanılıb

Islam Times
  https://www.islamtimes.org