QR CodeQR Code

KXDR növbəti raket buraxılışı həyata keçirib

5 Jan 2022 11:24

İslamTimes: Koreya Xalq Demokratik Respublikası (KXDR) yerüstü qurğudan ballistik raket atışı həyata keçirib. Raket Yapon dənizinə düşüb.


APA-nın xəbərinə görə, bu barədə Yonhap agentliyi Koreya Respublikasının Qərargah Rəisləri Komitəsinə istinadla məlumat yayıb.

Yaponiya tərəfi də raket buraxılışını təsdiqləyib. NHK televiziyasının xəbərinə görə, Şimali Koreyadan buraxılan raket Yapon dənizində Yaponiyanın iqtisadi zonasından kənara düşüb. Müdafiə nazirliyi raket atışı nəticəsində gəmi və təyyarələrin zərər çəkmədiyini açıqlayıb.


Story Code: 972128

News Link :
https://www.islamtimes.org/az/news/972128/kxdr-növbəti-raket-buraxılışı-həyata-keçirib

Islam Times
  https://www.islamtimes.org