QR CodeQR Code

Tramp Kapitoliyə hücumun ildönümü ilə bağlı mətbuat konfransını ləğv edib

5 Jan 2022 15:35

İslamTimes: ABŞ-ın keçmiş prezidenti Donald Tramp Kapitoliyə hücumun ildönümü ilə bağlı planlaşdırılan mətbuat konfransını ləğv edib.


SalamNews xəbər verir ki, bu barədə sabiq dövlət başçısının mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.

Bəyanatda deyilir: "Xəbərdə deyilir ki, mətbuat konfransının ləğvi qərarı “Demokratik Komitənin yanvarın 6-da iki uğursuz respublikaçı və saxta xəbər mediasının tam qərəzliliyi və vicdansızlığı fonunda” qəbul edilib.

Tramp əlavə edib ki, bunun əvəzinə yanvarın 15-i şənbə günü Arizonada keçiriləcək mitinqdə çıxış edəcək. O, həmçinin 2020-ci il prezident seçkilərinin saxtalaşdırıldığını bir daha vurğulayıb.

Qeyd edək ki, Amerikada Kapitoli binasına hücum 2021-ci il yanvarın 6-da ABŞ-ın keçmiş prezidenti Donald Trampın noyabrdakı səsvermənin nəticələrini tanımayan tərəfdarlarının mitinqi zamanı baş verib.

Həmin seçkilərdə növbəti dövlət başçısı demokrat Co Bayden seçilib.


Story Code: 972166

News Link :
https://www.islamtimes.org/az/news/972166/tramp-kapitoliyə-hücumun-ildönümü-ilə-bağlı-mətbuat-konfransını-ləğv-edib

Islam Times
  https://www.islamtimes.org