0
Wednesday 5 January 2022 - 16:38

Etirazçılar Qazaxıstan prezidentinin Almatı iqamətgahını ələ keçiriblər

Story Code : 972172
Etirazçılar Qazaxıstan prezidentinin Almatı iqamətgahını ələ keçiriblər
SalamNews xəbər verir ki, etirazçılar iqamətgahın ərazisinə soxulmağa cəhd edib. Şahidlər binanın yaxınlığında yanğının baş verdiyini bildirir.

Qeyd edək ki, Qazaxıstanda yanvarın 2-dən iğtişaşlar davam edir, bir sıra şəhərlərdə narazı insanlar küçələrə axışıb, polislə toqquşmalar baş verir. Alma-Ata və Manqistau vilayətində fövqəladə vəziyyət rejimi tətbiq edilib.