QR CodeQR Code

İrlandiyanın AP-dəki nümayəndəsi:

"BƏƏ və Səudiyyə Ərəbistanı Yəməndə soyqırım törətməyə davam edir!"

إسلام تايمز , 5 Jan 2022 23:45

İslamTimes: "Yəməndə törədilən soyqırım, elə bəzi Avropa ölkələri, ABŞ və İngiltərənin dəstəyi ilə baş tutur"


İrlandiya Respublikasının Avropa Parlamentindəki qanunvericisi Mayk Uolles bu gün (çərşənbə günü) Tvitter səhifəsində İranın Brüsseldəki səfiri Qulamhüseyn Dehqani ilə müzakirəsindən bir hissəni yerləşdirib.

Mayk Uolles bu audio faylın əvvəlində deyir:

"Mən Yəmən haqqında danışmaq istəyirəm. Keçən həftə burada (Brüssel) Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin Yəməndə törətdiyi soyqırımını tənqid etdiyim üçün məni ittiham etdilər. Bir halda ki, bu cinayətlər elə bəzi Avropa ölkələri, ABŞ və İngiltərənin dəstəyi ilə törədilir.

Məni ittiham edirlər ki, nə üçün İranı tənqid etmirəm? Amma bunu anlamaq istəmirlər ki, Yəməni bombalayan İran yox, Səudiyyə Ərəbistanıdır!"


Story Code: 972238

News Link :
https://www.islamtimes.org/az/news/972238/bəə-və-səudiyyə-ərəbistanı-yəməndə-soyqırım-törətməyə-davam-edir

Islam Times
  https://www.islamtimes.org