0
Thursday 6 January 2022 - 10:05

Pentaqon: ABŞ-ın müdafiə naziri COVID-19-a yoluxmasına baxmayaraq iş başındadır

Story Code : 972258
Pentaqon: ABŞ-ın müdafiə naziri COVID-19-a yoluxmasına baxmayaraq iş başındadır
APA xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Con Kirbi növbəti brifinqdə bildirib.

"Nazir, əlbəttə ki, COVID xəstəsi olaraq qalır. Ancaq simptomlar yüngüldür, bir az öskürür. Naziri müayinə üçün ABŞ paytaxtının ətraflarında yerləşən Uolter Rid adına Hərbi Tibb Mərkəzinə aparmağa ehtiyac qalmayıb”.

Kibri əlavə edib ki, diaqnoz qoyulandan sonra Ostinin müalicəsi evində aparılır: “Əhval-ruhiyyəsi yaxşıdır, müxtəlif virtual görüşlərdə və digər oxşar iş tədbirlərində iştirak edir. Yaponiya ilə "2+2" formatında virtual danışıqlarda iştirak edəcək. Deməzdim ki, bu həftənin sonuna qədər işə qayıtmasını gözləməzdim”.

Qeyd edək ki, 68 yaşlı nazir yanvarın 2-də koronavirusa yoluxduğu məlum olub.