0
Wednesday 7 September 2011 - 23:46

ABŞ Orta Şərqi parçalamaq niyyətindədir

Story Code : 97234
ABŞ Orta Şərqi parçalamaq niyyətindədir
ABŞ Orta Şərqi parçalamaq niyyətindədir
Islam times.org/az/ - Rusiyalı sabiq diplomat Vislav Matozov mətbuata verdiyi açıqlamada hal-hazırda bölgədə ən əhəmiyyətli məsələnin Orta Şərq ölkələrinin taleyi mövzusu olduğunu bildirərkən "Əgər qərb bu gün, Liviyada olduğu kimi Suriya hökumətini də hərbi əməliyyatlara müraciət edərək devirməyə qalxsa, bu məsələ bölgədə sərhədlərin dəyişməsinə gətirib çıxara bilər.

Məsələn, Kürd problemi yenidən bölgənin siyasi inkişafları sahəsinə daxil olar. Halbuki kürdlər İran, İraq, Türkiyə və Suriyanın sərhəd bölgələrində yaşayırlar. Bu da, ABŞ-ın Orta Şərqlə əlaqədar yeni strateji proyektinin bu bölgə xalqlarına arxalanma niyyətində olduğunu göstərir" kimi fikir bildirmişdir.

Matozov sonra: "ABŞ-ın yeni Orta Şərq proyektinə görə, etnik tərkibli dövlətlər qurulacaq. Buna görə, mövcud sərhədlər xeyli dəyişə bilər. Bu sərhəd dəyişdirmə və ölkələri parçalayaraq bölmə planının başladığını biz Sudan nümunəsində görə bilərik."

Rusiyalı diplomat Matozov əlavə olaraq Suriyadakı son hadisələrə toxunaraq , qərblilərin bu məsələyə qarşı yanaşmalarının siyasi olduğunu vurğuladı.
Translator :
Source : islamtimes
Comment