QR CodeQR Code

İranın Azərbaycana yardımları haqda yeni faktlar

arannews , 8 Sep 2011 01:07

İslamtimes - Bakıda anti-İran ünsürlərin Dağlıq Qarabağın işğal olunmasının qarşısını almaqda İranın Azərbaycan Respublikasına olan hərbi yardımlarını inkar etməyə və həqiqətləri ...


Bakıda anti-İran ünsürlərin Dağlıq Qarabağın işğal olunmasının qarşısını almaqda İranın Azərbaycan Respublikasına olan hərbi yardımlarını inkar etməyə və həqiqətləri gizlətməyə səy göstərmələrinə baxmayaraq, bu reallıqları əks etdirən faktların bir-bir üzə çıxması ümumi fikri aydınlatmaqda təsirli rola malikdir.

Beynəlxalq Səhər Kanalında yayımlanan fotoşəkillər də buna aydın nümunədir. Belə ki, bu fotoşəkillər Qarabağ müharibəsində iştirak etmiş və əyinlərində Azərbaycan Respublikası ordusuna məxsus hərbi geyim olan müsəlman mücahidlərə aiddir.

Əsasən əfqan mücahidlərindən ibarət olan bu müsəlman döyüşçülər Qarabağ müharibəsi zamanı İran İslam Respublikası tərəfindən lazımı hərbi təlimlər keçdikdən sonra Azərbaycan Respublikasına göndərilmişdilər.

Əyinlərində olan hərbi geyimin cınaq hissəsində Azərbaycan Respublikasının bayrağı olan bu mücahidlərin Qarabağ müharibəsindəki iştirakı Azərbaycan Respublikasında bəzi qərəzli dairələrin o cümlədən ANS kanalının və keçmiş daxili işlər naziri İsgəndər Həmidov və keçmiş müdafiə naziri Rəhim Qazıyev kimi şəxslərin ötən aylar ərzindəki puç və əsassız iddialarının həqiqətdən nə qədər uzaq olduğunu sübut edir.

Qeyd etmək lazımdır ki, bir müddət öncə Ərdəbilin imam cüməsi Qarabağ müharibəsi zamanı İranın Azərbaycan Respublikasına hərbi yardımlarının bəzi hissələrinə aydınlıq gətirərək, bildirmişdi ki, Qarabağ müharibəsində Azərbaycan Respublikasına kömək etsinlər deyə bu ölkəyə gətirilən əfqan mücahidlər İran tərəfindən göndərilibmiş.

O zaman Azərbaycan Respublikasının rəsmi dairələri o cümlədən Müdafiə Nazirliyi və Xarici İşlər Nazirliyi Ərdəbilin imam camaatı Höccətül-islam Seyid Həsən Amilinn sözlərinə münasibət bildirməkdən çəkinmişdilər.

Beynəlxalq Səhər Kanalı düzgün informasiya çatdırma üzrə peşəkarlığa və bir media vasitəsi olaraq üzərinə düşən vəzifəyə əməl edərək, bu məsələ ilə bağlı gələcəkdə də hadisələri işıqlandırmaqda davam edəcək

Səhər Tv


Story Code: 97239

News Link :
https://www.islamtimes.org/az/news/97239/iranın-azərbaycana-yardımları-haqda-yeni-faktlar

Islam Times
  https://www.islamtimes.org