QR CodeQR Code

Rusiya İranla böyük dövlətlərin nüvə danışıqlarında irəliləyişlərin olduğunu bildirib

8 Jan 2022 15:16

İslamTimes: “Bütün ölkələrin nümayəndəlikləri Vyanada aparılan nüvə danışıqlarında irəliləyişlərin olduğunu bildirirlər.”


SalamNews xəbər verir ki, bu barədə Rusiyanın beynəlxalq təşkilatlar üzrə rəsmi nümayəndəsi Mixail Ulyanov rəsmi tvitter səhifəsində yazıb.

Vyanada nüvə sazişinin bərpası ilə bağlı aparılan nüvə danışıqlarının vəziyyətindən söz açan Rusiya rəsmisi bu müzakirələrdə irəliləyişin olduğu və iştirakçı dövlətlərin rəsmi nümayəndələrinin bu məsələni təsdiqlədiklərini yazıb.

Bundan öncə Fransanın xarici işlər naziri Jan-İv Le Drian, ABŞ Dövlət Katibliyinin sözçüsü Ned Prays, eləcə də İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Vyanada aparılan danışıqların yaxşı irəlilədiyini deyib.

Qeyd edək ki, ABŞ, dünya ictimaiyyətinin 2015-ci ildə İranla əldə etdiyi nüvə sazişindən birtərəfli qaydada çıxandan sonra İrana qarşı sərt sanksiyalara başlayıb. İran da bunun cavabında sazişdəki öhdəliklərini azaldıb. Hal-hazırda 4+1 dövlətləri, eləcə də vasitə ilə ABŞ sabiq sazişin bərpası üçün İranla nüvə danışıqlarını davam etdirirlər.


Story Code: 972530

News Link :
https://www.islamtimes.org/az/news/972530/rusiya-iranla-böyük-dövlətlərin-nüvə-danışıqlarında-irəliləyişlərin-olduğunu-bildirib

Islam Times
  https://www.islamtimes.org