QR CodeQR Code

İran svop yolu ilə Türkmənistan qazının digər ölkələrə nəqlini artırmağa hazır olduğunu bildirib

8 Jan 2022 19:37

İslamTimes: İran Türkmənistan qazının digər ölkələrə svop yolu ilə daha çox nəqli üçün lazımi infrastrukturaya malik olduğunu bildirib və onun gündəlik həcmini 40 milyon kubmetrə çatdırmağa hazır olduğunu deyib.


SalamNews İSNA-a istinadla xəbər verir ki, bunu İranın Neft naziri Cavad Ouci Tehranda Türkmənistan nümayəndə hyətilə görüşü zamanı deyib.

O bildirib ki, İran Türkmənistanla qazın müadiləsi həcmini günə 40 milyon kubmetrə çatdıra bilər və bunun üçün lazımi infrastrukturaya malikdir.

“Bu, bizdə ildə 10-15 milyard kubmetr qazın mübadiləsinin mümkünlüyü deməkdir”, deyə Ouci bildirib.

Qeyd edək ki, ötən ilin noyabrın 28-də Aşqabadda İran, Azərbaycan və Türkmənistan arasında qaz mübadiləsinə dair üçtərəfli saziş imzalanıb. Müqaviləyə əsasən, Türkmənistandan İran vasitəsilə Azərbaycana (Naxçıvana) ildə 1,5-2 milyard kubmetrədək qaz göndəriləcək.


Story Code: 972575

News Link :
https://www.islamtimes.org/az/news/972575/iran-svop-yolu-ilə-türkmənistan-qazının-digər-ölkələrə-nəqlini-artırmağa-hazır-olduğunu-bildirib

Islam Times
  https://www.islamtimes.org