0
Saturday 8 January 2022 - 22:35

İraq Hizbullahı: Gələcək hökumət nə ABŞ, nə İngiltərə, nə də BƏƏ-dən asılı olmamalıdır!

Story Code : 972629
İraq Hizbullahı: Gələcək hökumət nə ABŞ, nə İngiltərə, nə də BƏƏ-dən asılı olmamalıdır!
“Əl-Əhd” xəbər kanalı Əbu Əliyə istinadən bildirib ki, gələcək hökumət “nə şərqli, nə qərbli, nə amerikalı, nə ingilis, nə də Birləşmiş Ərəb Əmirliyindən olmamalıdır.

O vurğulayıb ki, sünni və kürd fraksiyalarının daha böyük fraksiyanın bir tərəfinin xeyrinə müdaxiləsi ölkədə sabitliyi poza bilər.

Hizbullah rəsmisi qeyd edib ki, bir qrupun qisas almaq cəhdi və əksəriyyətin böyük fraksiyadan kənar tutulması ixtilaflara səbəb olacaq.

Qeyd edək ki, Müqavimət Cəbhəsi İraq parlament seçkilərində baş verən hadisələrin böyük saxtakarlıq olduğunu və Səudiyyə, Amerika və İsrailin İraq xalqının haqqını tapdamağa çalışdığını bildirib.