0
Saturday 8 January 2022 - 23:43

Səna: BMT-nin Əl-Hudeydaya baxış keçirməsi Səudiyyə yalanını ifşa edir

Story Code : 972637
Səna: BMT-nin Əl-Hudeydaya baxış keçirməsi Səudiyyə yalanını ifşa edir
Yəmənin Milli Qurtuluş Hökumətinin xarici işlər nazirinin müavini Hüseyn əl-Əzzi Səudiyyə koalisiyasının Yəmənin Əl-Hudeyda limanı ilə bağlı müharibə qanunlarını pozmasını qınayıb və Səudiyyə rejiminin həyasızcasına yalanlar uyduraraq özünü paka çıxarmaq istəməsini pisləyib.

Hüseyn əl-Əzzi şənbə günü axşam bildirib: "BMT-nin Yəməndəki nümayəndə heyəti İsveç razılaşması imzalanandan sonra son illərdə mütəmadi şəkildə gündəlik və həftəlik olaraq Əl-Hüdeyda limanlarını təftiş edirlər.

O, əlavə edib: “Səudiyyə Koalisiyanın sözçüsü bilməlidir ki, məhz Səudiyyə rejimi özü Əl-Hudeydada beynəlxalq qüvvələrin təftişlərinə mane olur. Biz bununla bağlı Birləşmiş Millətlər Təşkilatına onlarla məktub göndərmişik."

Əl-Əzzi deyib: “Biz təcavüzkar koalisiyanın sözçüsünün saxta ittihamlar irəli sürməklə bağlı cəsarətinə heyranıq. Halbuki bu ittihamlar onların özünə qarşı yönəldilməlidir. Müharibə qanunlarını pozan, insani dəyərləri ayaq qaltına alan tərəf Səudiyyə koalisiyası özüdür!"