QR CodeQR Code

"ABŞ İran qarşısında aciz qaldı"

إسلام تايمز , 8 Jan 2022 23:59

İslamTimes: ABŞ-ın “Eyn əl-Əsəd”lə bağlı məxfiliyi onun İrana qarşısında aciz qaldığını təsdiqləyir


Fələstinli analitik Məhəmməd Əbu Nida "Young Journalists Club" informasiya agentliyinə verdiyi müsahibədə İranın iki il öncə ABŞ-ın İraqda yerləşən “Eyn əl-Əsəd” bazasını raket hücumu ilə yerlə bir etməsindən danışıb.

Analitik bildirib ki, ABŞ-ın İranın bu dəhşətli hücumu qarşısında susması və qorxunc hücumun nəticələrini, zərər çəkənləri gizlətməsi ABŞ-ın İraq qarşısında gücsüz, aciz qaldığını göstərir. Rəsmi Vaşinqton ilk öncə İranın hücumundan sonra ABŞ hərbçilərindən kimsənin zərər görmədiyini bildirsə də daha sonra onlarla hərbçinin kəllə-beyin travması aldığı məlum oldu.

Qeyd edək ki, İran 2 il öncə Qasim Süleymaninin ABŞ tərəfindən namərdcəsinə terror edilməsindən sonra bu ölkəyə lazımi cavab verdi. İran Kirmanşah şəhərindən İraqın Əl-Ənbar vilayətində yerləşən ABŞ-ın "Eyn əl-Əsəd" bazasını ballistik raketlərlə saat 01:20 dəqiqədə hədəf aldı. Bu saat Qasim Süleymaninin terror edildiyi saat idi!


Story Code: 972640

News Link :
https://www.islamtimes.org/az/news/972640/abş-iran-qarşısında-aciz-qaldı

Islam Times
  https://www.islamtimes.org