0
Sunday 9 January 2022 - 08:48

ABŞ-ın Rusiyaya qarşı mümkün sanksiyasının detalları məlum olub

Story Code : 972664
ABŞ-ın Rusiyaya qarşı mümkün sanksiyasının detalları məlum olub
APA-nın xəbərinə görə, bu barədə “New York Times” hökumətdəki mənbələrə istinadla məlumat verib.

Qəzet yazır ki, sözügedən sanksiyalar Rusiya ordusu qonşu dövlətə “hücum edən anda” tətbiq ediləcək. Bu halda Rusiyanın maliyyə qurumlarının beynəlxalq ödəniş sistemlərindən kənarlaşdırılması məsələsi müttəfiqlərlə müzakirə edilib. Müdafiə sənayesi üçün Amerikada layihələndirilən malların Rusiyaya satılmasına da embarqo qoyula bilər.

Müəllif qeyd edir ki, Rusiya sənayesinin aparıcı sahəsi olan kosmik və hərbi sənayeyə də texnoloji sanksiya tətbiq edilə bilər.