0
Sunday 9 January 2022 - 07:53

İran ABŞ-a qarşı sanksiyalar siyahısını genişləndirdi

Story Code : 972665
İran ABŞ-a qarşı sanksiyalar siyahısını genişləndirdi
Publika.az  xəbər verir ki, bu barədə İranın "Mehr" agentliyi ölkənin Xarici İşlər Nazirliyinin bəyanatına istinadən məlumat yayıb.

Sanksiya siyahısına ABŞ Milli Təhlükəsizlik Agentliyinin rəhbəri, Silahlı Qüvvələrin Baş Qərargah Rəisləri Komitəsinin sədri və ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə keçmiş müşaviri əlavə edilib.

Beləliklə, sanksiya tətbiq edilən ABŞ vətəndaşlarının siyahısında əlavə 51 rəsmi şəxs də var.